Cəsədi eksqumasiya edilən Türkiyəninn 8-ci prezidenti Turqut Özalın zəhərləndiyi təsdiqini tapır.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Ankara prokurorluğunun icra etdiyi istintaq işi daxilində cəsəddən alınan nümunələr ekspertizaya cəlb edilib və zəhərlənmə izlərinə rast gəlinib.
“Bu gün” qəzeti məhkəmə-tibbi ekspertizasının hesabatının artıq hazır olduğunu xəbər verib. Qəzetin iddiasına görə, Özalın cəsədində yüksək miqdarda strixnin keratini zəhərinin qalıqları aşkarlanıb. Zəhərli maddənin Turqut Özalın yemək və ya içdiyi suya qatılmış olması ehtimal edilir.