Nyu-York meri Maykl Blumberq qarşıdakı prezident seçkilərində Barak Obamanı dəstəkləyəcəyini bəyan edib. O, fəaliyyətdə olan ABŞ prezidentinin iqlim dəyişikliyinə qarşı mübarizədəki xüsusi xidmətləri nəzərə alaraq bu niyyətdə olduğunu açıqlayıb.
İslam.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Mayl Blumberqin qərarına Barak Obamanın dağıdıcı “Sendi” qasırğanın nəticələri ilə bağlı atdığı addımlar təsir edib. “İqlim dəyişir. Nyu-Yorkda və bütün dünyada tez-tez baş verən təbiət kataklizminə bunun səbəb olurmu? Mümkün risklər bütün seçilmiş liderləri təxirəsalınmaz tədbirlər görməyə vadar etməlidir”, - Nyu-York meri bildirib.
Qeyd edək ki, ABŞ hökuməti “Sendi” qasırğasından zərər çəkən üç ştatın sakinlərinə 3,4 milyon dollardan artıq yardım ayırıb.