Tanınmış misirli ruhani, Dünya Müsəlman Alimlər birliyinin rəhbəri şeyx Yusuf əl-Kərdavi ürək şikayətləri ilə Səudiyyə Ərəbistanının Ciddə şəhəri xəstəxanasına yerləşdirilib.
İslam.az-ın "Dəyərlər"ə istinadla verdiyi xəbərə görə, Həcc zamanı birdən özünün pis hiss edən Kərdavinin anidən qızdırması və təzyiqi son dərəcə qalxıb. O, Ciddənin özəl xəstəxanalarından birinə çatdırılıb. Hazırda onun vəziyyətinin normallaşdığı bildirilir.
Qeyd edək ki, 86 yaşlı misirli ruhani Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gəlmişdi.