Fransanın Titsa şəhərinin prokuroru Erməni Apostol Kilsəsinin keçmiş keşişi, hazırda Strasburq şəhər kilsəsinin keşişi Vaçe Ayrapetyanın 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İslam.az-ın "dəyərlər"ə istinadla verdiyi xəbərə görə, saxta pul əsginazları hazırlamaqda ittiham olunur. Prokuror bildirib ki, keşiş Vaçe bütün erməni cəmiyyətini biabır edib. Fransanın hüquq mühafizə orqanları keşişin cinayətkar qruplaşmaya işlədiyini bildirir.
Qruplaşmanın rəhbərləri 49 yaşlı erməni Mirdat Asatryan və 50 yaşlı Robert Mxitaryandır. Onlar üçün isə prokuror 7 il müddətinə həbs cəzası istəyib. Prokuror eyni zamanda bildirir ki, erməni keşiş kilsənin inşası üçün ayrılmış 30 min avronu da mənimsəyib.