Rusiyanın orta təhsil müəssisələrində hicabla bağlı məsələnin müsbət həlli üçün imza toplanmasına başlanılıb.
İslam.az-ın təşəbbüs qrupuna istinadla verdiyi xəbərə görə, ölkə prezidenti Vladimir Putinə ünvanlanacaq məktuba hər kəs imza ata bilər. Bunun üçün [email protected] elektron poçt ünvanına məktub yazmaq kifayətdir. Məktubda müəllif adını, soyadını, vəzifəsini və ya iş yerini göstərməlidir.
İmzalar V.Putinə çatdırılması üçün Prezident Administrasiyasına ötürüləcək.
Təşəbbüs qrupu müraciətini Quran ayəsi ilə tamamlayıb: “Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onun əhvalını) dəyişməz” (“Rəd”, 11).