"Cəmaət əd-Dauva" təşkilatının lideri Hafiz Məhəmməd Səid ABŞ-a "Sendi" qasırğasının nəticələrinin aradan qaldırılmasında öz köməyini təklif edib.
İslam.az xəbər verir ki, CNN kanalının yaydığı xəbərə görə, Hafiz Məhəmməd, "Əgər ABŞ hökuməti icazə versə, biz öz təşkilatımızın xətti ilə bu ölkənin təbii fəlakətdən zərər çəkən bölgələrinə həkimlər, xilasedicilər, ərzaq məhsulları və dərman preparatları göndərə bilərik", deyə bəyan edib.
Qeyd edək ki, adı çəkilən təşkilat ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb və onun lideri Hafiz Məhəmməd ABŞ-ın tələbi ilə İnterpol tərəfindən beynəlxalq axtarışdadır.
"Ləşkəri tayibə" qruplaşması 2008-ci ildə Hindistanın Mumbai şəhərində həyata keçirilmiş terror aktını təşkil etməkdə ittiham olunur.
ABŞ "Ləşkəri tayibə" "Cəmaət əd-Dauva" təşkilatının hərbiləşdirilmiş qolu sayılır.