Belçikanın Gent universitetinin professoru Bruno de Kordye “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin (İB) qonağı olub.
İB-dən islam.az-a verilən xəbərə görə, tanınmış araşdırmaçı Bruno de Kordye ilə görüşdə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin idarə heyətinin üzvləri iştirak edib. Görüş zamanı öncə ölkəsi haqqında məlumat verən professor sonra Belçikadakı müsəlmanların vəziyyəti barədə danışdı. Qeyd etdi ki, Belçikada əsasən mühacirlər hesabına formalaşan İslam cəmiyyəti gün keçdikcə daha da güclənir və müsəlmanların ictimai həyatda fəaliyyəti durmadan artır. Elə bu məqsədlə də bir çox İslam ölkəsində, o cümlədən Pakistan, Əfqanısatan, Tacikistan, Bosniya-Hersoqoviniya və Qazaxısatnda olan professor Bruno de Kordy gəzdiyi yerlərdə İslam təşkilatları ilə maraqlanıb, onların ictimai həyatdakı fəaliyyətlərini müşahidə edib. Hazırda ölkəmizdə olan Belçikanın Gent universitetinin professoru Bruno de Kordye dini sahədə fəaliyyət göstərən bir neçə şəxslər və təşkilatlarla görüşəcəyini bildirdi.
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyində keçirilən görüşdə araşdırmaçı professor ölkədə və dünyada baş verən İslami proseslərlə bağlı onu maraqlandıran bir çox məsələlər ətrafında təşkilatın idarə heyətinin üzvlərinin rəyini öyrəndi. Həmçinin təşkilatın fəaliyyəti ilə maraqlanan Bruno de Kordyenin nəzərinə çatdırıldı ki, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi 10 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir. Bildirildi ki, fəaliyyət dövrü ərzində onlarla terninq və seminarlar təşkil edən təşkilatın yüzlərlə gənc, prespektivli yetirməsi var ki, onlar bu gün ölkənin ictimai həyatında aktiv rol oynayırlar.
"Mənəvi Saflıq" jurnalının redaksiya heyəti ilə görüşən professoru Bruno de Kordye jurnalın hazırlanma qaydası, dizayn işləri və oxucu kütləsi ilə maraqlandı. Oduğu ölkələrdə İslam təşkilatlarının media məsələlərinə o qədər də önəm vermədiyini deyən tətqiqatçı bu sahədə "Mənəvi Saflıq" jurnalının gördüyü işləri yüksək qiymətləndirdi.
Belçikanın Gent universitetinin professoru Bruno de Kordye həmçinin Yeni Şərq Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə də maraqlandı. Onu ən çox cəlb edən Yeni Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətini təkcə Azərbaycanla deyil, bütün Şərq dünyası, hətta İslam dünyasını belə əhatə etməsi oldu.
Qeyd edək ki, görüş zamanı qərara alındı ki, noyabrın 3-ü, şənbə günü saat 15-də “Mənəvi Saflığa Dəvət” İctimai Birliyində “İnsan Haqları müstəvisində Din və Vicdan Azadlıqları” mövzusunda Belçikanın Gent universitetinin professoru Bruno de Kordyenin seminarı olsun.