Noyabrın 15-də AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” adlı respublika konfransı keçiriləcək.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən islam.az-a verilən məlumata görə, konfrans din və etiqad azadlığı məsələlərinin hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirmək məqsədi ilə təşkil olunacaq.