“Dağıstanın Dərbənd şəhərində qətlə yetirilmiş yerli məscidlərdən birininin imamı Kalimulla İbrahimov xalq arasında bir o qədər də tanınmış insan olmayıb. Onun vahibiliklə əlaqəsi olub, həmçinin, terroru dəstəkləyib”.
İslam.az-ın verdiyi xəbərə görə, bu barədə SalamNews-un Moskva müxbirinə Dərbənd hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilib ki, onun vahabilərlə mübahisələrinin olması, həmçinin, çirkli pulların yuyulmasında əli olduğu faktdır. Onun terrorçularla əlaqəli olması da şübhə doğurmur.
Digər mənbənin məlumatına görə, Kalimulla İbrahimov açıq şəkildə dövlət əleyhinə fəaliyyət göstərib, gənclər arasında vahabiliyi təbliğ edib, həmçinin, onları dağlara çəkilərək federal qüvvələrə müqavimət göstərməyə çağırıb.
Bundan əlavə, onun terrorçuların maliyyə dəstəyi ilə şəhərdə ayrıca məscid tikdirdiyi bildirilir.