Dağıstanın Dərbənd şəhərində yerli məscidlərdən birininin imamı Kalimulla İbrahimov, həmçinin, onun qardaşı və atası gülləbaran edilib.
“İlkin məlumatlara görə, onlar səhər namazına gedərkən 2 naməlum şəxs tərəfindən atəşə tutulublar. Nəticədə hər 3 şəxs hadisə yerində keçinib. Hücum K.İbrahimovun yaşadığı evin yaxınlığında törədilib”,- Rusiya DİN-in regional nümayəndələri bildiriblər.
İslam.az-ın "Vesti"yə istinadən verdiyi xəbərə görə, cinayətkarlar “Lada-Kalina” markalı avtomobillə hadisə yerindən qaçıblar. Ərazidə axtarış-əməliyyat qrupu çalışır.