POPULYARXƏBƏRLƏR

Pakistanda Mehriban Əliyevanın adından 30 min nəfərdən çox imkansıza qurban əti paylanıb

Pakistanın Tayfalar ərazisinin Lakki Marvat bölgəsində 250 baş, Pəncab əyalətinin Baraka-ho, Səid -Pur və Hari-Pur kəndlərində isə 100 baş iri və xırda buynuzlu qurbanlıqlar kəsilərək Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-niun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adından bölgələrdə yaşayan 30 min nəfərdən çox imkansıza paylanılıb.

Azərbaycanın Pakistandakı səfirliyindən islam.az-a verilən məlumata görə, Lakki Marvatda təşkil olunmuş təntənəli mərasimdə Seyfulla ailəsinin tanınmış üzvləri- Pakistan Müsəlman Həmrəylik Liqasının sədri, tanınmış siyasətçi, sabiq ticarət və sabiq neft naziri, senatın sabiq xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan, Pakistan Xalq Partiyasının Xayber Paxtunxva əyaləti üzrə prezidenti Ənvər Seyfulla Xan, senator Osman Seyfullah Xan, Milli Assambleyanın üzvü Humayun Seyfulla Xan, bölgənin siyasi və dini rəhbərləri, həmçinin media mənsubları iştirak ediblər. 

Tədbirdə iştirak edən Səlim Seyfulla Xan, iki qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, Dağlığ-Qarabağ münaqişəsi və Pakistanın bu məsələyə dair mövqeyindən söz açıb. Natiq, Heydər Əliyev Fondunun Pakistanın mütəmadi olaraq terrora məruz qalan və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulayıb. O bildirib ki, bu aksiya, çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir.

Tədbirdə çıxış edən səfir Daşqın Şikarov tədbir iştirakçılarını Qurban Bayramı münasibəti ilə Azərbaycan dövləti adından təbrik edib, onlara öz xoş arzularını çatdırıb. Diplomat, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə apardığı irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu, Pakistanda keçirilən silsilə humanitar proqramı çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbini inşa etdirib, Pakistanın Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləmə aparıb, həmin əyalətin klinikalarında serebral iflicin müalicəsini təşkil edib, açıq ürəkdə cərrahiyyə əməliyyatları aparıb, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili hədiyyə edib, göz klinikasının tikintisi üçün maddi yardım göstərib, həmçinin, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edib.

Daha sonra səfir, Marvat tayfasının Seyfulla ailəsinin Azərbaycanla sıx əlaqələrindən, bu ailədən olan tanınmış siyasətçilərinin Azərbaycanın ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyevlə görüşlərini xatırladıb. .

Daha sonra, səfir Daşgın Şikarov Heydər Əliyev Fondu tərəfindən cari ilin 30 aprel tarixində maliyyələşdirilmiş Lakki Marvat şəhər uşaq və qadın xəstəxanasına səfər edib, orada müalicə alan pasiyentlərə və çalışan tibb personalına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adından bayram sovqatlarını paylayıb.



Yerləşdirilib:29 Oktyabr, 2012  17:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com