İran xalqı Müqəddəs müqavimətə hazırdır. Bu bəyanatla ayətullah Lütfulla Səfi Qolpaqayni çıxış edib.
Onun sözlərinə görə, İslam İnqilabı Ali lideri ayətullah Seyid Əli Xameneinin göstərişi olacağı təqdirdə, xalq İraqla müharibədə olduğu kimi, bu dəfə də, inqilabi nailiyyətlərin müdafiəsinə qalxacaq.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, ayətullah Qolpaqayni İran Silah Qüvvələrinin ölkənin təhlükəsizliyinin təmin edilməsindəki rolunu və İraqa qarşı 8 illik müharibə zamanı İranın verdiyi itkiləri xatırladıb. Onun sözlərinə görə, yeni müharibə olacağı təqdirdə, bütün İran xalqı Vətənin müdafiəsinə qalxacaq.