Çeçenistan paytaxtının məktəbəqədər müəssisələrində uşaqlara İslamın əsasları tədris ediləcək.
Bu barədə Qroznının meri vəzifəsini icra edən İslam Kadırovla şəhərin məktəbəqədər tədris müəssisələrinin müdiri arasında baş tutan görüşdə qərar verilib.
İslam.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, bağçalarda sözügedən proqram mərhələlərlə tətbiq olunacaq. Artıq Rusiya İslam Universiteti tələbələri arasında seçim aparılır.
İslam Kadırov bildirib ki, əsas məqsədləri uşaqları Çeçen adət-ənənələrinə sadiq tərbiyələndirmək, İslam dəyərlərini izah etmək və bəzi cərəyanların ifrat ideyalarından qorumaqdır. Onun sözlərinə əsasən, məhz bu gün uşaqların tərbiyəsindən xalqın gələcəyi asılıdır.