“ABŞ İranla birbaşa danışıqlar aparılması üçün müzakirələrə hazırdır”.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Cey Karni deyib.
O bildirib ki, ABŞ İranla ikitərəfli müzakirələrin aparılmasına hər zaman müsbət yanaşıb: “Lakin rəsmi Tehran bunun həyata keçməsi üçün indiyədək bir addım atmayıb. Biz yenə də İranla ikitərəfli müzakirələr keçirmək üçün danışıqlar aparmağa açığıq. Lakin hələlik bu məsələ ilə bağlı heç nə planlaşdırmamışıq. İran tərəfi ilə bununla bağlı danışıqlarımız olmayıb”.