Qurban bayramı münasibəti ilə müsəlman ölkələri arasında ən çox istirahət günü Səudiyyə Ərəbistanında olacaq – 16 gün, Livan və Azərbaycanda isə ən az – cəmi 2 gün.
İslam.az-ın “İslam-Today”a istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında Qurban bayramının ilk günü oktyabrın 26-na təyin edilsə də, istirahət günləri artıq oktyabrın 17-dən başlayıb və 16 gün davam edəcək.
Şimali İraqın regional hökuməti rəsmi istirahət günlərinin 7 gün olacağını bildirib. İordan çayının Qərb sahilində Qurban bayramı 6 gün, Qəzzada isə 5 gün olacaq.
Misirin əmək və miqrasiya naziri Xalid əl-Əzhari bəyan edib ki, ölkədə bayram tətilləri oktyabrın 25-dən 27-nə kimi davam edəcək.
Bir sıra digər islam ölkələrində də Qurban bayramı münasibəti ilə 3 istirahət günü elan olunub.