Səudiyyə Ərəbistanı Müqəddəs məkanların baş katibi şeyx Əbdürrəhman əl-Sudays, Kəbənin örtüyünü (kisvə) Bəni Şeybə ailəsinin nümayəndəsi şeyx Əbdülqadir əl-Şeybə təhvil verib.
İslam.az-ın “İslam Today”ə istinadla verdiyi xəbərə görə, sözügedən ailə 15-ci əsrdən etibarən Kəbədə xidmət göstərir, Müqəddəs Evin qapılarının açılmasını və bağlanmasını həyata keçirir.
Ənənəyə uyğun olaraq, hər il Qurban bayramı ərəfəsində Kəbənin örtüyü təntənəli surətdə Bəni Şeybə ailəsinə təqdim olunur. Ərəfə günündə Kəbə Zəmzəm suyu ilə yuyulacaq və kisvə onun üzərinə salınacaq.
Örtüyün qiyməti 20 milyon Səudiyyə realı təşkil edir. Kisvənin uzunluğu 45, eni isə 16 metrdir. Parçanın üzərinə qızıl saplarla Müqəddəs Quranın 16 ayəsi tikilib.