POPULYARXƏBƏRLƏR

Paytaxt qəbiristanlıqlarında dirilərin də qəbirləri var

Paytaxtın iki qəbiristanlığında bir saat dolaşmaq yetər ki, dirilərin qəbirlərini üz gözlərinizlə görəsiniz. Məsələn, Qurd Qapısı adlanan ərazidəki qəbiristanlıqda təkcə yol kənarında iki qəbir var ki, sahibləri sağ-salamatdır. Mollalardan birinin sözlərinə görə, buradakı qəbirlərdən birinin sahibi xanımdır.

O, 90-cı illərin əvəllərindən qazdırdığı məzarına tez-tez baş çəkir. Hətta vaxtaşırı qəbri üstünə gətirib çiçək də qoyur. Mollanın sözlərinə görə, məzarlıqda belə qəbirləri çox tapmaq olar.

Qəbirsitanlıqda olan Həsən adlı molla dinimizdə bu cür halların olmadığı deyir. Mərmər qəbirlərin üzərindəki boltlar da insanın diqqətini cəlb edir. Mollanın sözlərinə görə, mərməri qaldıranda sınmasın deyə belə bir variant düşünülüb. Yəni, adam öləndə sadəcə boltu açıb, mərməri qaldırırlar, vəssalam. Məzar onsuz da hazırdır.

Qurd qapısı qəbiristanlığında həyat yoldaşı dünyasını dəyişəndə özünə qəbir qazdıranlardan biri də Rüfət kişidir. O, xanımı ilə bərabər özünə qoşa başdaşı da qoydurub. Aradan 13 il ötüb, ər ikinci dəfə evlənib, amma məzarlıqda onun yastıq yoldaşı yenə köhnə arvadıdır. Qəbiristanlıqdakı mollanın sözlərinə görə, o, hər bayramda öz qəbrinin üstünə gəlir. Rüfət müəllimin əlaqə telefonu tapılsa da, o, çəkilişə razı olmayıb. Deyir ki, bu haqda söhbət aparmaq onun yarasının közünü qoparmaq olardı. Amma nədən diri ikən özünüzə qəbir qazdınız?- sualını da belə cavablandırır. "Xanımımı çox sevirdim, istədim onun yanında olum". Onun sözlərinə görə, o vaxt psixatr Ağabəy Sultanov da onun diri ikən özünə qəbir qazdırmasını birmənalı qarşılamayıb. Hələ təklif edib ki, yaşadığı evi dəyişdirsin. Rüfət müəllim isə nə evini, nə həyat tərzini dəyişib. Yenə də işləyir, xanımının ölümündən 3 il sonra ailə də qurub, övladları da var.

Xırdalan qəbiristanlığında da diri ikən özünə qəbir qazdıranlar çoxdur. Məsələn, məzarlardan birinin üstündə "oğlumdan xatirə" yazılması onun sahibinin diri olduğuna birinci sübutdur. İkinci sübut, doğum tarixinin bütöv, ölüm tarixinin yarımçıq yazılmasıdır. Burada da vəfalı ər həyat yoldaşını soyuq məzara tək buraxmayıb. 1935-ci il təvəllüdlü bu şəxsin də başdaşında yalnız doğum tarixi qeyd olunub.

Əslində insanları diri ikən özünə qəbir qazdırıb, qəbirüstü abidə düzəltdirməyə nə vadar edir? Bəlkə, övladının olmaması və yaxud nankorluğu? Valideyn fikirləşir ki, öləndə onu ortadan götürən olmayacaq? Bəlkə, qəbiristanlıqda yerin baha qiymətə satılması, şöhrətpərəstlik? Necə bir məzara sahib olacağını adamların sağlığında görmək istəkləri? Hər halda, bütün bu bəlkələr mümkün gerçəklər olsa da, adamın diriykən özünə qəbir qazdırmasına əsas verirmi?.
Molla İsa Əliyevin sözlərinə görə, ölmüş insanı onun varisləri, qohumları, tanış adamları basdırmalıdır. "İnsan diriykən üzünə qəbir qaza bilməz. İnsan sağlığında öz axirətini qazanmalıdır. Öləndə isə onu dəfn etmək yaxınlarının borcudur". İsa Əliyev insanın diri ikən özünə qəbir almasının səbəblərindən birinin torpaqların bahalaşması ola biləcəyini də istisna etmir. "İnsan onsuz da yerdə qalmır. Heç övladı olmasa da, qonşular-qohumlar onu yerdən götürür. Yəni, diriykən qəbir qazdırmağa heç bir ehtiyac yoxdur".

Xatırladaq ki, 2005-ci ildə Bilgəhdəki ahıllar evində Xanımana İbrahimova adlı ağbirçəyin də ölüm tədarükünü əvvəlcədən gördüyünün şahidi olmuşduq. 81 yaşlı Xanımana ana təqaüdündən qəpik-qəpik artırıb özünə qəbir daşı düzəltdirmişdi. Hər gün Xanımana ana eyvanda saxladığı qəbirüstü abidəsini gülə-gülə salamlayırdı.

Allah həm də dirilərə, həm də ölülərə rəhmət eləsin! Axı rəhmət həm ölüyə, həm də diriyə var. /ANS TV/



Yerləşdirilib:15 Aprel, 2008  10:04, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com