MAQATE heç vaxt İranın nüvə silahına malik olduğunu iddia etməyib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Yukio Amano İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Firidun Abbasinin təşkilatın Vyanada keçirilən 56-cı iclasında səsləndirdiyi bəyanatına cavab olaraq bildirib.
Onun sözlərinə görə, agentlik yalnız İranın nüvə proqramının bir istiqamətli olmaması ilə bağlı informasiyaya malik olduğunu iddia etdiyini bildirib: “Biz, İranın yalnız bu problemlə əlaqədar suallara cavab verməsini tələb edirik”.
Firidun Abbasinin terrorçu və təxribatçıların MAQATE-yə təsiri ola biləcəyi ilə bağlı bəyanatına rəy bildirən Agentlik rəhbəri bu fərziyyənin əsassız olduğunu deyib.
“İranın Atom Enerjisi üzrə Təşkilatının suallarına niyə indiyədək cavab verilməyib?” sualını cavablandıran Yukio Amano deyib: “Bəzən, bu cür suallara rəsmi cavab vermək üçün münasib ərait olmur”.