"Rusiya dünyəvi dövlətdir və biz bundan çıxış etməliyik. Dünyəvi dövlətin müəyyən qaydaları mövcuddur" .
"Rusiya dünyəvi dövlətdir və biz bundan çıxış etməliyik. Dünyəvi dövlətin müəyyən qaydaları mövcuddur" .
Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi fəalları ilə görüşü zamanı bildirib.
İslam.az-ın İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, dövlət başçısı vahid məktəbli geyiminin hazırlanması və təhsil müəssisələrində hicabın geyinilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüb. Məktəbli formasının xüsusiyyətlərinin müzakirəsi çərçivəsində geyimdə milli mənsubiyyətin əks olunması barədə söhbət açılıb. Məktəblərin birində müsəlman qızlarına hicab geyinmək qadağan edilən Stavropol diyarının təmsilçisi prezidentdən onun məktəblərdə hicabın geyinilməsinə münasibət bildirməyi xahiş edib.
V.Putin bildirib: “Birincisi, insanların dini hisslərinə hər zaman böyük ehtiramla yanaşmaq lazımdır, bu isə öz növbəsində dövlətin fəaliyyətində, nüanslarda əskini tapmalıdır. İkincisi, Rusiya dünyəvi dövlətdir və biz bundan çıxış etməliyik. Dünyəvi dövlətin müəyyən qaydaları mövcuddur".
Ölkə başçısı vurğulayıb ki, əgər hamı bərabər olmasa və dövlətin dünyəviliyini əks etdirməsələr, o halda digər dinlərin başqa təmsilçiləri özlərini bu və ya digər şəkildə yaxın gələcəkdə haqqlarının tapdalanmış kimi hiss edəcəklər: “Yaxşı olar ki, hamı özünü bərabər hiss etsin”.