Türkiyənin Ciddədəki baş konsulunun müavini Fikrət Özər ölkəsindən Həcc ziyarətinə yollanan zəvvarların əsas hissəsinin artıq Səudiyyə Ərəbistanında olduğunu açıqlayıb.
İslam.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, son qrup ziyarətə oktyabrın 20-də yola düşəcək.
Onun sözlərinə əsasən, zəvvarlar arasında AKP üzvləri çoxluq təşkil edirlər – 45 nəfər. O bildirib ki, bu il Həccə Türkiyə parlamentinin sədri Cəmil Çiçək, baş nazirin müavinləri Bülənt Arınc və Bəkir Bozdağ, sənaye və ticarət naziri Zəfər Çağlayan, Avropa Birliyi ilə iş üzrə nazir Egemen Bağış, həmçinin ölkə prezidentinin həyat yoldaşı Hayrunnisə Gül də gedəcəklər.
Qeyd edək ki, Müqəddəs torpaqlara bu il CHP fəallarından 5, MHP-dən isə 10 nəfər yollanıb.