ABŞ-ın Dinlərarası Koalisiya İnstitutunun dəstəyi ilə bu ölkədə İslam və müsəlmanlar haqqında bəhs edən kitabça nəşr edilib.
İslam.az-ın İQNA-ya istinadla verdiyi xəbərə görə, kitabçanın çap edilməsində əsas məqsəd Amerika cəmiyyətində İslam haqqında yaranmış yanlış təsəvvürlərinə sirayət etməkdir.
Kitabçanın hazırlanmasında 20-dən çox dini qurum iştirak edib. Nəşrə "Dini azadlıqlar", "ABŞ müsəlmanlarının tarixi" və s. bölmələr daxildir.
ABŞ-ın Dinlərarası Koalisiya İnstitutunun direktoru Leon Qadi bildirib ki, məqsədləri amerikalılara İslamın əsl simasını göstərməkdir: "ABŞ vətəndaşları bilməlidirlər ki, müsəlmanlar onların dostudur".