İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Mahmud Əhmədinejad arasında görüş keçirilib.
İslam.az-ın Türkiyə mətbuatına isitnadla verdiyi xəbərə görə, təqribən 40 dəqiqə davam edən görüşdə Suriya problemi, həmçinin İranın nüvə proqramı məsələsi müzakirə edilib.
Qeyd edək ki, daha öncə Suriya böhranında fərqli mövqe tutan iki dövlətin liderinin Bakıda hətta bir-biri ilə salamlaşmamasına dair xəbərlər yayılmışdı.