Yaxın günlərdə SAXAL ultraortodoksal icmaların 15 min gənc üzvünə çağırış vərəqələri göndərmək niyyətindədir. “Haarets” qəzetinin yazdığına əsasən, söhbət təqribən 1 il davam edəcək prosesin başlanmasından gedir.
İslam.az-ın zman.com-a istinadla verdiyi xəbərə görə, dünən ordu rəhbərliyi məsələ ilə bağlı məsləhətləşmələrə başlayıb. Bu gün isə İsrailin müdafiə naziri Ehud Barak Knessetin Xarici məsələlər və müdafiə komitəsinə proqram layihəsini təqdim etməlidir.
Yeni hökumətin formalaşmasından sonra ortodoksların orduya cəlb edilməsinə dair yeni qanunun qəbul olunacağı gözlənilir.