Dağıstanın Kumtorkalinsk bölgəsində məscidin imamı öldürülüb.
İslam.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, Uçkent kəndinin məscidinin imamı İsmayıl Qaciyev naməlum şəxslər tərəfindən odlu silahla qətlə yetirilib.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, yerli vaxtla saat 21:30 radələrində 3 nəfər silahlı şəxs imamı evindən çölə çağırıblar. Həyətə çıxan imam odlu silahdan açılan atəş nəticəsində öldürülüb.
Məlumatda Qaciyevin yerindəcə öldüyü və naməlum şəxslərin nömrəsiz avtomobillə hadisə yerindən uzaqlaşdıqları bildirilib.