Müxalifət Azad Suriya Ordusunun (ASO) “Əməvi məscidinə azadlıq” şərti adı altında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Hələbdəki Böyük Əməvi məscidi və ətrafı tamamilə üsyançıların nəzarətinə keçib.
İslam.az-ın “Haber7”yə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla ASO-nun “Tövhid bayrağı briqadaları” çıxış edib.
Qeyd olunur ki, məscidə nəzarət Bəşər Əsədə sadiq ordu ilə qanlı və uzun sürən toqquşmalardan sonra bərpa edilib.
Böyük Əməvi məscidi, Hələbdə ən qədim və ən böyük məscidi kimi tanınır. Əməvilər dövründə Kral Süleyman bin Əbdül Məlik tərəfindən inşa etdirilən Böyük Əməvi məscidi, arxitektura tərzi və dizaynı ilə paytaxt Şamdakı Əməvi məscidi ilə bənzərlik daşıyır. Daxilində Hz. Zəkəriyyənin türbəsinin yerləşməsi səbəbi ilə məscid, Zəkəriyyə Məscidi də adlandırılır.