İmam Əli (ə) adına Vyana İslam Mərkəzi 120 islam elmi ixtisası üzrə tələbə toplamaq üçün Beynəlxalq “Əl-Mostafa əl-Alyamie” Universitetindən icazə alıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyana İslam Mərkəzinin direktoru Höcət-ül İslam Mahmud Montazeri məlumat verib. Onun sözlərinə görə, bu fakt Mərkəzi Avropada görünməmiş hadisədir.
“Bakalvr, magistr və doktorantların toplanması barədə razılıq İran Elmlər Nazirliyi tərəfindən təsdiqlənib. Vyana İslam Mərkəzinə tələbə qəbulu dünyada islam oyanışının yayılmasında vacib hadisədir”,- Mahmud Montazeri bildirib.
Xatırladaq ki, Beynəlxalq “Əl-Mostafa əl-Alyamie” Universiteti dünyanın 150-dən çox ölkəsində islam elmlərinin tədrisi üzrə yeganə rəsmi orqandır.