Gəncədə yerləşən İmamzadə dini memarlıq kompleksi Prezident İlham Əliyevin sərancamı ilə dövlət vəsaiti hesabına yenidən qurulur.
İslam.az-ın SalamNews -a istinadən verdiyi xəbərə görə, 7-ci əsrin yadigarı olan Gəncə İmamzadə kompleksində əsas işlər başa çatıb. İmamzadə kompleksində dini ayinlərin keçirilməsi üçün kişilər və qadınlar salonu tikilib, salonlardan birinə Hüseyniyyə, digərinə isə Zeynəbiyyə adı verilib.
Mehmanxana və inzibati bina kompleksinin 1-ci qatında dəstamaz yerləri, sanitar qovşaq, kişi və qadınlar üçün ayrıca yeməkxanalar, 2-ci qatda gələn zəvvarlar üçün mehmanxana-qonaq otaqları, 3-cü qatda isə İmamzadənin işçiləri üçün inzibati iş otaqları, kitabxana, muzey qurulacaq ki, bunların da hər biri yüksək zövq, tarixi atributlar baxımdan çox zəngin olacaq.
Bütün bunlarla yanaşı, İmamzadə dini memarlıq kompleksində qurbangahlar inşa ediləcək, böyük yaşıllıqlar salınacaq, fəvvarələr qurulacaq.