Bu gün axşam saatlarında azərbaycanlı zəvvarların ilk qrupu müqəddəs Həcc ziyarətinə yola düşəcək.
İslam.az-ın gün.az-a istinadən verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, zəvvarlarımız Bakı-Ciddə aviareysi ilə axşam saat 9 radələrində yola salınacaqlar.
Qeyd edək ki, zəvvarların son qrupu ayın 18-də müqəddəs ziyarətə yola düşəcək.
Zəvvarların Həcc ziyarətinə yola salınması üçün ümumilikdə 14 təyyarə reysi ayrılıb. Ziyarət 20 gün davam edəcək. Həcc ziyarəti başa çatdıqdan sonra zəvvarlar 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə vətənə dönəcəklər.
Ümumilikdə bu il Azərbaycandan Həcc ziyarətinə kvotaya uyğun olaraq 2600 yer ayrılıb.