Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür. Bu barədə A. Paşazadə məlumat verib.
Şeyx bir həftə davam edəcək səfərdə Səudiyyə Ərəbistanı Krallığının Həcc naziri və digər rəsmi şəxslərlə görüşlər keçirəcəyini deyib. Onun sözlərinə görə, keçirəcəyi görüşlərdə bu ilki Həcc ziyarəti ilə yanaşı, dünyada dini sahədə gedən proseslər də müzakirə olunacaq. A. Paşazadə son vaxtlar dünya ölkələrində dinlərarası dialoqa çağırışların intensivləşdiyini, Azərbaycanda isə bu məsələ ilə bağlı hələ iki il əvvəl böyük bir tədbirin keçirildiyini deyib: "Əslində dinlərarası dialoqa çağırış məhz bizim təşəbbüsümüz olub. Bu bizim qələbəmizdir".