Abu-Dabidə fəaliyyət göstərən “Əl-Hilal” bankı yeni plastik kredit kartını müştərilərinin xidmətinə verib.
İslam.az-ın verdiyi xəbərə görə, bu karta sahib olan şəxs dünyanın istənilən nöqtəsində qibləni müəyyənləşdirmək imkanı qazanacaq.
Kompas-kartdan istifadə olduqca asandır. Belə ki, cihaza ölkənin telefon kodu daxil edilir. Bu da qiblənin müəyyənləşməsi üçün kifayət edir. "Qiblə kartı"’ Hindistan şirkəti ilə birgə hazırlanıb.