İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi ölkəsinin Azərbaycanla əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
İslam.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, Burucerdi qeyd edib ki, ABŞ, Böyük Britaniya və İsrail İran-Azərbaycan münasibətlərini pozmağa çalışır. O, İranın Azərbaycanla sıx əlaqələrə malik olmasının vacibliyini vurğulayıb.