ABŞ-da Nakula Basseli Nakulanın sınaq müddətinin şərtlərini pozduğunu və İnternetdən istifadə etdiyini sübuta yetirməyə çalışırlar.
İslam.az-ın НТВ telekanalına istinadən verdiyi xəbərə görə, “Müsəlmanların məsumluğu” adlı qalmaqallı filmin prodüseri vaxtından əvvəl azadlığa buraxılmanın şərtlərini pozmadığını iddia edir.
Misir əsilli amerikalı Nakula Basseli Nakula qeyri-qanuni hərəkətlər etmədiyini bildirib.
Ümumiyyətlə, 2010-cu ildə Nakulaya bank kartları ilə dələduzluq etdiyinə görə həbs cəzası verilib və sonra yaxşı davranışlara görə o, azadlığa buraxılıb. “Müsəlmanların məsumluğu” filmini yaratdığı ehtimal olunan Nakulanın sınaq müddəti ərzində internetdən istifadə etmək qadağan olunmuşdu. Məhkəmənin fikrincə, prodüser qadağanı pozub və təxribat xarakterli filmdən bir parçanı kompyuter şəbəkəsində yerləşdirib. Həvəskar rolik bütün dünyada islam əleyhinə etiraz dalğasına səbəb olub. Avropa və Yaxın Şərqdə minlərlə insan ABŞ bayraqlarını yandırıb və bu ölkənin səfirlikləri qarşısında aksiyalar keçirib. Liviyanın Benqazi şəhərində isə diplomatik nümayəndəliyə hücum nəticəsində amerikalı səfir həlak olub.
Nakula Basseli Nakula hökm oxunana qədər nəzarət altında qalacaq. Məhkəmə noyabrda onun taleyinə aydınlıq gətirəcək.