POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadə BMT baş katibini Bakıda keçiriləcək sammitə dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam hacı Allahşükür Paşazadə bu gün Moskvaya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Şeyxulislam səfər çərçivəsində bütün Rusiyanın patriarxı II Aleksi ilə görüşdüyünü bildirib.

Görüşdə qloballaşan dünyada artan təhlükə və təhdidlərin, müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında qarşıdurma yaratma meyllərinin qarşısını sadəcə siyasətçilərin səyləri ilə alınmasının mümkün olmadığı fikri vurğulanıb. Məhz bu səbəblə də BMT nəzdində dinlərarası məşvərət şurasının yaradılması ideyası irəli sürülüb. BMT nəzdində belə bir şuranın yaradılması fikri ilk dəfə 2006-cı ildə Moskvada keçirilən dini liderlərin ümumdünya sammitində MDB dinlərarası sülhyaratma şurasının həmsədrləri A. Paşazadə və II Aleksi tərəfindən irəli sürülüb.
A. Paşazadə və II Aleksi bildirib ki, yaradılması nəzərdə tutulan bu şura gələcəkdə acı nəticələr törətmək iqtidarında olacaq qərarların, siyasi addımların atılmasının qarşısını almaq məqsədinə xidmət edəcək. A. Paşazadə həmçinin patriarx II Aleksiyə 2009-cu il dünya dini liderlərinin növbəti zirvə görüşünün Bakıda keçirilməsi təklifi üçün təşəkkür edib. Şeyxulislam əmin edib ki, dinlərarası münasibətlər sahəsində nümunəvi səviyyəyə malik, tolerantlıq ənənələri ilə dünyada tanınan Azərbaycan da belə bir forumun keçirilməsi üçün öz dəstəyini əsirgəməyəcək. Paşazadə həmçinin Qarabağ probleminin dinlərarası münaqişə müstəvisinə transfer edilməsinin qarşısını almaq üçün göstərdiyi səylərə görə II Aleksiyə təşəkkür edib və onu Bakıya dəvət edib.

Aprelin 10-da isə QMİ-nin sədri Moskva patriarxlığının beynəlxalq əlaqələr şöbəsinin sədri, Smolensk və Kalininqrad mitropoliti Kiril ilə görüşüb. İşgüzar görüş vaxtı yeni məşvərət şurasının məqsədləri nəzərdən keçirilib. Şöbənin sədri din xadimlərinin bu şura vasitəsi ilə siyasətə müdaxilə etmək yox, bəşəriyyət üçün önəm kəsb edən qərarlar verilərkən dini liderlərin rəy və təkliflərinin dinlənməsinə, mənəvi aspektlərin, dini özünəməxsusluqların sərf-nəzər edilməsinə nail olmağa çalışdıqlarını vurğulayıb. Bu, qlobal miqyasda arzuolunmaz toqquşma və çoxsayılı insan həyatlarının məhvi ilə nəticələnən siyasi qərarların qarşısını almağa xidmət edəcək.

Aprelin 10-da Moskva patriarxlığının iqamətgahında BMT baş katibi Pan Ki Mun dünyanın bir sıra tanınmış din rəhbərləri ilə görüşüb. Din xadimləri ilə bu qəbildən olan ilk yüksək səviyyəli görüşdə müsəlman konfessiyasını QMİ-nin sədri A. Paşazadə təmsil edib. Görüşü giriş sözü ilə açan Mitroplit Kirill dinlərarası məşvərət şurasının əhəmiyyətindən bəhs edib və bu şuranın yaradılması məsələsinin BMT-nin növbəti sessiyasının gündəliyinə salınmasını təklif edib.
Baş katib isə öz növbəsində BMT çərçivəsində dini liderlərin dialoqunun inkişaf etdirilməsini dəstəklədiyini, bu baxımdan həmin şuranın yaradılmasının böyük maraq və əhəmiyyət kəsb etdiyini bildirib. O, məşvərət şurasının yaradılması fikrini dəstəklədiyini bildirib, onun inkişaf etdirilməsi üçün zəruri faliyyət göstərilməsinin vacibliyinə diqqət çəkib. Bürokratik maneələrin çox vaxt dinlərarası əməkdaşlığı ləngitdiyini bildirən Pan Ki Mun BMT-nin növbəti iclasında quruma üzv dövlətlər tərəfindən bu məsələnin rəsmən müzakirəsinin mühümlüyünü vurğulayıb.
Görüşdə çıxış edən A. Paşazadə din xadimləri üçün sərhədlər olmadığı üçün BMT nəzdində belə bir qurumun yaradılmasının əhəmiyyətini vurğulayıb. İndiyə qədər din və din xadimlərinin potensialından lazımi səviyyədə istifadə olunmadığına dəqqəti cəlbedən A. Paşazadə, din xadimlərinin BMT-yə planetar miqyasda öz yardımlarını təklif etdiyini bildirib.
Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə baş katiblə görüşündə Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb və 2009-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan din xadimlərinin sammitinə onu dəvət edib. BMT baş katibi də öz növbəsində səmimi salamlarının İlham Əliyevə çatdırılmasını A. Paşazadədən xahiş edib. QMİ sədri Pan Ki Munu 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi nəzərdə tutulan din xadimlərinin sammitinə də dəvət edib.
BMT-nin baş katibi Pan Ki Mun görüşdən sonra keçirdiyi mətbuat konfransında A. Paşazadəyə öz xüsusi təşəkkürünü bildirib, onun dinlərarası dialoq işinin nəfinə fəaliyyətini yüksək yüksək qiymətləndirdiyini deyib.



Yerləşdirilib:12 Aprel, 2008  23:02, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com