Bu gün Türkiyədə rəsmi səfəri çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görməzlə görüş keçirib.
Komitənin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, görüş zamanı E. İskədərov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərə, dinə göstərilən qayğı və diqqət artıb, tarixi-dini abidələrin bərpası ölkə Prezidentinin başçılığı və təşəbüsü ilə son illər geniş bərpa və quruculuq işləri gedib
Eyni zamanda Azərbaycanda bütün dinlərin tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadığını, dövlətin dini ayinlərin həyata keçiriləməsi üçün geniş şərait yaratdığını vurğulayan Komitə sədri inkişafda olan Azərbaycanın, bu modeli dünyada, xüsusilə multikulturalizmin böhranını yaşayan Avropa ilə bölüşmək üçün bütün potensial imkanlara malik olduğunu vurğulayıb. Komitə sədri eyni zamanda söügedən məsələlərdə Diyanət Başqanlığı ilə birgə Avrasiya coğrafiyasında müştərək layihələri həyata keçirmək üçün əməkdaşlıq təklif edib və bu təklif Türkiyə tərəfindən məmnuniyyətlə qəbul edilib.
Görüş zamanı Mehmet Görməz Diyanət Başqanlığı haqında geniş məlumat verib, o cümlədən Başqanlığın 120 min müfti, imam, müəzzin kimi işçisinin, həmçinin Türkiyədə Diyanətə bağlı ümumlikdə 85 min, Avropada isə daha altı min məscidin fəaliyyət göstərdiyini bildirib.
“Avropada İslami tolerant müasirliyi və elmi yanaşmanı əhatə edən bir dünyagörüşü kimi təbliğ etmək üçün unikal imkanları var”- deyə Mehmet Görməz bildirib.
Ümummilli Lider Heydər Əliyevin bir millət iki dövlət sözlərini xatırladan Komitə sədri Elşad İskəndərov Azərbaycan Türkiyənin qardaşlıq prinsipləri əsasında əməkdaşlığının dərin tarixi köklərinin olmasını da vurğulayıb. Bu il Xocalı soyqırımı iyirminci ildonumu ərəfəsində Türkiyənin 85 min məscidində Xocalı şəhidlərini anan və onu törətmiş caniləri lənətləyən xütbənin səslənməsinə görə Mehmet Görməzə təşəkkürünü bildirən E.İskəndərov milli-mənəvi dəyərlərimizin birgə qorunub saxlanmasının və artmaqda olan münasibətlərimizin mənəvi əsaslarının möhkəmləndirilməsinin də vacibliyini vurğulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyənin dini maarifləndirmə işi sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.