Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi general Necdət Özəl Şanlıurfanın Akçakale qəsəbəsini ziyarət edərkən Suriyaya xəbərdarlıq mesajı göndərib.
İslam.az-ın Türkiyə mətbuatına isitnadla verdiyi xəbərə görə, o deyib: "Biz buradayıq, qəddimiz əyilmədi. Cavab verdik, əgər nəticə çıxarmasalar əvvəlkindən də kəskin qarşılıq verəcəyik”.