Ahıl yaşlı azərbaycanlı zəvvar Əsgərova Sura Malik Əhməd qızı İraqın Kərbəla şəhərində vəfat edib.
İslam.az-ın “Trendə” istinadən verdiyi xəbərə görə, 75 yaşlı zəvvarın ürək tutmasından öldüyü ehtimal edilir. Onunla birlikdə Kərbəlaya gedən azərbaycanlı zəvvarlar S.Əsgərovanı Cassan şəhərində dəfn ediblər.
Zəvvarların Kərbəlaya səfərini Azərbaycanda nümayəndəliyi olan İraqın "Əsgər" turizm şirkəti təşkil edib.