Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlarla bağlı məlumat yayıb.
QMİ-nin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, Azərbaycan zəvvarları bu il müqəddəs Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşməyə başlayacaqlar.
Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə oktyabrın 12-18-də 12 reyslə müqəddəs məkanlara yola salınacaqlar. Müvafiq olaraq, oktyabrın 12-də bir, 13-də bir, 14-də bir, 15-də üç, 16-da üç, 17-də iki, 18-də isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək.
Həcc ziyarətini başa vurduqdan sonra, inşallah, zəvvarlarımızın noyabrın 5-12-də Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtmaları nəzərdə tutulur. Müvafiq olaraq, noyabrın 5-də iki, 6-da iki, 7-də iki, 8-də iki, 9-da bir, 10-da bir, 11-də bir, 12-də bir təyyarə Vətənə gələcək.