Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məscid kompleksi tikintisi üçün tender elan edib.
İslam.az-ın verdiyi xəbərə görə, "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, keçirilən tenderdə iştirak etmək istəyənlər noyabrın 14-də saat 17:00-dək tələb olunan sənədləri tender komissiyasına verməlidirlər. İddiaçılar tender təkliflərini noyabrın 22-də saat 17:00-dək təqdim etməlidirlər. Tender proseduru noyabrın 23-də saat 16:00-da Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin binasında keçiriləcək.