POPULYARXƏBƏRLƏR

Leyla Əliyeva İslam Konfransi Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi seçilib

İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu İdarə heyətinin aprelin 10-da Küveytdə başa çatmış 6-cı sessiyasında Azərbaycan prezidentinin qızı Leyla Əliyeva forumun mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilib.

Forumun baş katibi Elşad İsgəndərov AzərTAc-a deyib ki, idarə heyətinin üzvləri L.Əliyevanın "Gənclər Sivilizasiyaların Alyansı Naminə" hərəkatının Bakıda keçirilmiş yüksək səviyyəli konfransının və BMT-nin Sivilizasiyalar Alyansının (SA) 2008-ci ilin yanvarında Madriddə keçirilmiş birinci forumunun işində fəal iştirakını qeyd ediblər. Müzakirələrin gedişində bu da vurğulanıb ki, L.Əliyeva həm beynəlxalq münasibətlər sahəsində nəzəri biliklər potensialına, həm də Rusiyanın azərbaycanlı gənclər hərəkatının yaradılması ilə əlaqədar praktik iş təcrübəsinə malikdir. Baş əlaqələndiricinin funksiyalarına İKT Gənclər Forumunu beynəlxalq səviyyədə, o cümlədən BMT SA-nın məşvərət şurasında təmsil etmək, eləcə də beynəlxalq "Gənclər Sivilizasiyaların Alyansı Naminə" hərəkatına ümumi rəhbərlik etmək vəzifələri daxildir.
İKT-nin üzvü olan ölkələrdən doqquzunun və beynəlxalq təşkilatların nümayəndələrinin daxil olduğu idarə heyəti iki gün ərzində forumun son yarım ildəki fəaliyyətini, xüsusən İKT ölkələrində intellektual inkişafa və gənclərin mənafelərinin müdafiəsinə yönəlmiş proqramların həyata keçirilməsi, eləcə də Avropanın və Qərbin gənclik təşkilatları ilə dialoqun dərinləşdirilməsi sahəsində fəaliyyətini müzakirə edərək onu qənaətbəxş sayıb.

Ötən ilin noyabrında Bakıda Heydər Əliyev Fondunun, BMT İnkişaf Proqramının, İSESKO-nun və Avropa Şurasının dəstəyi ilə yaradılmış "Gənclər Sivilizasiyaların Alyansı Naminə" hərəkatının fəaliyyətinin tam dəstəklənməsi bildirilib. Qeyd edilib ki, artıq aparıcı beynəlxalq təşkilatların tanıdığı bu hərəkat sivilizasiyalar arasında dialoqun güclənməsi üçün mühüm vasitəyə çevrilməli, ekstremizmin və radikalizmin azalmasına kömək etməlidir.



Yerləşdirilib:11 Aprel, 2008  22:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com