Terror fəaliyyətində ittiham edilən London məscidinin keçmiş imamı Əbu Həmzə günahkar olmadığını deyib.
İslam.az-ın RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, ötən həftə ABŞ-a ekstradisiya olunmuş 54 yaşlı Həmzəyə qarşı 11 maddədən ibarət ittihamnamə irəli sürülüb. Hakim ittiham edilən şəxsin məhkəməyə qədər həbsdə saxlanılması barədə qərar çıxarıb.
Əbu Həmzə məhkəmə iclası zamanı günahkar olmadığını bəyan edib.