Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ATƏT-in Fəaliyyətdə olan Sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin MakGinnes və Ravin Endryu Beykerlə görüşüb.
İslam.az-a QMİ-dən verilən xəbərə görə, görüşdə Azərbaycanda dini vəziyyət müzakirə oldunub. ATƏT nümayəndələri Azərbaycanda təriqətlər arasındakı münasibətlərlə maraqlanıb.
A.Paşazadə onların diqqətinə Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsini çatdırıb və deyib ki, bu təcavüz dinlərarası və millətlərarası sülhə ən böyük təhlükədir.
QMİ sədri vurğulayıb ki, Azərbaycanda yaşayan bütün icmaların nümayəndələri müsəlmanlarla eyni hüquqa malikdirlər.
Xatırladaq ki, ATƏT nümayəndələri gələn həftə Ermənistana gedəcəklər və noyabrda ATƏT-in Daimi Şurasında hesabat verəcəklər.