Türkiyənin xarici siyasətinin müəyyənləşməsində məzhəb amilinin təsiri olmayıb.
İslam.az-ın “SalamNyus”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiya iclasındakı çıxışında bildirib.
O deyib: “Ərəb baharında rəhbərlikdən gedənlərin çoxu sünni idi. Sünnilər də diktator olur. Kim olursa-olsun qarşısında bizi görəcək. Nüvə proqramı mövzusunda ABŞ-dan fərqli olaraq, İranı dəstəklədik. İran şiə dövlətdir. Siz AKP iqtidarını nə hesab edirisiniz?! Türkiyənin xarici siyasətinin müəyyənləşməsində məzhəb amilinin təsiri yoxdur”.