“Emel” ictimai təşkilatı Simferopolda Məhəmməd Peyğəmbərin (s) müdafiəsi üçün aksiya keçiriləcəyi barədə elan verib.
Islam.az-ın “İnterfaks”a istinadla verdiyi xəbərə görə, aksiya zamanı peyğəmbər haqqında minlərlə maarifləndirici film diskləri paylanacaq.
Krım Müsəlmanlarının Dini İdarəsinin mətbuat xidmətindən bildirilib ki, aksiyanın məqsədi ictimaiyyətə islamın banisi barədə düzgün məlumatın çatdırılmasından ibarətdir.
Məlumata əsasən, sentyabrın 27-də Simferopolda “Müsəlmanların məsumluğu” filminə qarşı etiraz aksiyası keçirilib. Aksiyanın Krımın “Davet” Müsəlman icması təşkil edib. Daha əvvəl Krım Müsəlmanlarının Dini İdarəsi adı çəkilən filmə cavab olaraq radikal davranışların yol verilməz olduğunu bəyan edib və müsəlmanları təxribatlara uymamağa səsləyib.