Tanınmış müğənni Sami Yusif müsəlman, o cümlədən iranlı müğənnilərdən ibarət qrupla birgə “Muhamməd Rəsulallah” adlı yeni albom buraxacaq.
Islam.az-ın “SalamNyus”a istinadla verdiyi xəbərə görə, albomun mahnılarında Məhəmməd Peyğəmbərə (s) qarşı olan sonsuz sevgifən danışılır və islam dünyasının birləşməsinə çağırılır. Albom milyonlarla müsəlmanın dini hisslərini təhqir edən və dünya ölkələrində etiraz dalğasına səbəb olan “Müsəlmanların məsumluğu” filminə etiraz əlaməti olarq tərtib edilib.
Albom İran, Hindistan, Tacikistan, Braziliya, Misir, Əfqanıstan və digər ölkələrin tanınmış müsəlman müğənnilərinin ifasında səslənən 25 əsərdən ibarətdir.