Bosniya Hersoqovinada keçirilən bələdiyyə seçkisində Visoko şəhərinin hicablı namizədi Amra Babiç qalib gələrək bu şəhərin bələdiyyə sədri oldu.
Islam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, səslərin 29.39 faizini toplayan Babiç Bosniyanın və Avropanın ilk hicablı bələdiyyə sədridir. Daha əvvəl bələdiyyə məclisinin üzvü olan Amra Babiç bosniyalı mərhum lider – Müdrik Kral ləqəbli Aliya İzzətbəyoviçin yaratdığı Demokratik Hərəkat Partiyasının (SDA) üzvüdür. Bundan başqa Amra bu ölkədə baş vermiş müharibədə ölən əsgərlərin ailəsinə yardım edən qeyri-hökumət təşkilatının da sədridir.