Əl-Əzhər şeyxi Əhməd Tayyib İsrail əsgərlərinin Məscidül-Əqsanın həyətinə basqın etməsi və namaz qılanları güc tətbiq etməklə və qaz bombası istifadə edərək dağıdılmasına münasibət bildirib.
İslam.az-ın "Dəyərlər"ə istinadla verdiyi xəbərə görə, Əhməd Tayyib deyib: ''Bura ediləcək hər hansı təzyiq və hücum yalnız bölgəni deyil, bütün dünyadakı təhlükəsizliyi və sabitliyi təhdid edər. Sionist rejimin bu rəftarı dinlərarası qarşıdurmaya səbəb olacağı və yeni bir müharibə çıxacağı təqdirdə məsuliyyət tamamilə İsrail rejiminə aid olacaq".
Ə.Tayyib sionist işğalı altındakı Qüds və Məscidül-Əqsanın qırmızı xəttlər arasında olduğunu xatırladıb