“ABŞ Fars körfəzində hansısa təhrikedici hərəkətə yol versə, gözləmədiyi cavabı alacaq”.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Əli Fədəvi ölkənin cənubundakı Buşəhr əyalətində keçirilən tədbirdə çıxış edib. Onun sözlərinə görə, bölgədə heç bir qüvvə “Sepah”a müqavimət göstərəcək gücdə deyil: “İran torpaqlarına hücum edəcək hər bir ölkə ölkənin silahlı qüvvələrinin sərt cavabını alacaq”.