Hazırda Türkiyə Suriyanı bir neçə saat içində yox edə biləcək hərbi gücə sahibdir.
İslam.az-ın "Salamnyus"a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Avropa İttifaqı naziri Egemen Bağış bildirib.
O, Türkiyə Böyük Millət Məclisində hökumətə sərhəddənkənar əməliyyatların aparılmasına icazə verən qanun layihəsinin qəbul edilməsi ilə bağlı tənqidlərə etirazını bildirib: “Hökumətin bu səlahiyyəti əldə etməsi müharibəyə başlayacağı demək deyil. Biz min ildən çox dövlət ənənəsi olan ölkəyik. Bu ənənəyə əsasən, bizim hər cür ssenariyə hazır olmamız lazımdır. Türkiyə əgər müharibəyə başlamaq istəsəydi, hərbi təyyarəmizin vurulmasını bəhanə edib Suriyanın yerlə-yeksan edərdi. Türkiyə Suriyanı bir neçə saat içində yox edə biləcək hərbi gücə sahibdir. Amma bizim Suriya xalqı ilə problemimiz yoxdur. Bizim qonşularımızla, dostlarımızla heç bir ölkənin xalqı ilə problemimiz yoxdur".