Amerika Birləşmiş Ştatlarında casusluğa görə saxlanılmış 8 nəfərin arasında Azərbaycan vətəndaşı da var. Islam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hyustondakı Baş Konsulluğunun müşavir konsulu Sergey Əzizov məlumat verib.
Amerikanın Federal Tədqiqatlarla Bürosunun açıqladığı məlumata görə, saxlanılanlar Rusiya, Qazaxıstan, Ermənistan, Ukrayna vətandaşları və iki azərbaycanlı - Sevinc Tağıyeva və Şövkət Abdullayevdir.
FTB-nin rəsmisi bildirib ki, saxlanılan şəxslər Rusiyaya qeyri-qanuni olaraq hərbi texnika ixrac etməkdə günahlandırılırlar. Məsələyə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da münasibət bildirib: “Biz hazırda Amerika hökuməti ilə məsələni araşdırmağa çalışırıq. Ona görə də, bu məsələyə geniş şərh vermək mənə elə gəlir ki, məqsədəuyğun deyil”.
ABŞ artıq Rusiyaya hərbi texnika ixracına aidiyyatı olan 165 şirkət və şəxsi “qara siyahı”ya daxil edib.