ABŞ-ın Liviyadakı səfiri Kris Stivensin qətlində şübhəli bilinən iki Tunis vətəndaşı İstanbulda həbs edilib.
Islam.az-ın Türkiyə KİV-inə istinadla verdiyi xəbərə görə, onlar çərşənbə axşamı saxta sənədlərlə Türkiyə sərhədini keçməyə cəhd edərkən Atatürk Beynəlxaq Hava limanında İstanbulun Terrorla Mübarizə İdarəsinin nümayəndələri tərəfindən nəzarət altına alınıblar.
Saxlanılanlar təhlükəsizlik idarəsinə gətiriliblər, sorğu aparılır.
Hələlik rəsmi mənbələr bu məlumatı təsdiqləməyiblər.